Avq
2017
12:04
80
21
1248
Virtual karabakh

Minskdə Azərbaycan mədəniyyət günləri keçiriləcək

9 Avq, 2017
12:04
1248

Minskdə Azərbaycan mədəniyyət günləri keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 12-də Belarusun paytaxtı Minskdə Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Minsk Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Yuxarı Şəhərdəki meydanda keçiriləcək tədbiri Minsk Şəhər İcra Hakimiyyəti və Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi təşkil edəcək.

Mədəniyyət günlərində “Qafqaz əfsanələri” və “Sarı gəlin” kollektivləri, müxtəlif musiqi müsabiqələrinin iştirakçıları çıxış edəcəklər.

Tədbirdə rəqs üzrə ustad dərsləri keçiriləcək, milli mətbəximizdən təamlar hazırlanacaq, Azərbaycan məhsullarının sərgi-satışı təşkil ediləcək.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri