Avq
2017
15:59
14
49
2836
Virtual karabakh

Lük Bessonun yeni filmi “Park Cinema”nın “LaseR” zalında nümayiş olundu - FOTO

9 Avq, 2017
15:59
2836

Lük Bessonun yeni filmi “Park Cinema”nın “LaseR” zalında nümayiş olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8 avqustda “Park Cinema” kinoteatrlar şəbəkəsində “LaseR” zalı və “VIP Lounge”ın təntənəli açılış mərasimi baş tutub. Lazer proyektoru ilə təchiz olunmuş yeni zalda məhşur “Leon”, “Beşinci element” və “Lüsi” filmlərinin əfsanəvi rejissoru Lük Bessonun “Valerian və min planetlər şəhəri” adlı fransız fantastik filmi nümayiş olunub.

Oxu.Az xəbər verir ki, öz açılış nitqində kinoteatrın marketinq üzrə direktoru Musa Axundov “Park Cinema” kinoteatrlar şəbəkəsinin daima ən son texnoloji yenilikləri izlədiyini və onları Azərbaycanda ilk olaraq quraşdırdığını vurğulayıb. Həmçinin onu da qeyd edib ki, “Park Cinema” kinosevərlərin daha komfortlu şəraitdə film izləyə biləcəyi “VIP Lounge” yenidən istifadəyə verilib.  

Daha sonra Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşe çıxış edib. Öz çıxışında o Lük Bessonun kino sahəsində qazandığı nailiyyətlər haqda danışıb və Avropanın ən irimiqyaslı blokbasteri olan “Valerian və min planetlər şəhəri” haqda qonaqlara məlumat verib.

“Valerian və min planetlər şəhəri” mənim çoxdandır gözlədiyim filmdir. O dərəcə də gözləyirdim ki, “Beşinci element”, sadəcə, məşq, “Lüsi” isə tizer idi””, - deyə rejissor dəfələrlə bildirib.

Filmdə baş rollarda Kara Delevin və Deyn DeXaan çəkilib. Çəkilişlərdə Klayv Ouen, Tan Xouk, Con Qudman və ifaçı Rihanna da iştirak edib.

Qeyd edək ki, film ekranlarda 10 avqust tarixindən etibarən ölkəmizdə yalnız “Park Cinema Flame Towers”da təqdim olunan eksklüziv “IMAX®” formatında nümayiş olunacaq.  

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri