10 
Avq
2017
17:11
27
156
14463
Virtual karabakh

Xalq artistinin bacısı: Rübabə yolçu olmayıb, onun qızı da yolçu olsun...

10 Avq, 2017
17:11
14463

Xalq artistinin bacısı: Rübabə yolçu olmayıb, onun qızı da yolçu olsun...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, “Nərimanov” metrostansiyası tərəfdə 55 yaşlı Nailə Muradova adlı dilənən qadın özünü Azərbaycan SSR Xalq artisti Rübabə Muradova və şair Süleyman Rüstəmin qızı kimi təqdim etmişdi.

Oxu.Az Sfera.az-a istinadla xəbər verir ki, Rübabə Muradovanın bacısı Tahirə Muradova sözügedən qadının yalançı və fırıldaqçı olduğunu söyləyib.

“Rübabə Muradova Azərbaycanın Xalq artistidir. Bacım rəhmətə getsə də, onun adı və mahnıları yaşayır. Rübabə xanım Azərbaycanın sevilən sənətçisi olub. Bizim elə bir qohumumuz yoxdur, qalmışdı ki, Rübabə xanımın qızı ola. Bacımın Nailə adlı qızı yoxdur və onun adından istifadə edib özünü tanıtmasın. Rübabə yolçu olmayıb, onun qızı da yolçu olsun.

O qadının söylədiklərinin hamısı yanlış, qondarma məlumatlardır. Azərbaycan xalqını aldadır. Həmin qadını kimsə öyrədib. Bu, qurğudur, sadəcə, iftira ataraq bacımın adını ləkələmək istəyir. Ayıbdır!”

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri