10 
Avq
2017
22:26
30
171
13478
Virtual karabakh

Tanınmış diktor nəvəsindən şikayətləndi

10 Avq, 2017
22:26
13478

Tanınmış diktor nəvəsindən şikayətləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış diktor, xalq artisti Şərqiyyə Hüseynova yeganə nəvəsi Ayandan danışıb.

Oxu.Az-ın xəbərinə görə, Milli.Az-a açıqlama verən diktor bəzi məsələlərdə onunla ortaq məxrəcə gələ bilməməyindən şikayətlənib:

“Bizim nəsil diktorlardan heç birinin yaxınları, nəvəsi valideynlərinin sənətini davam etdirmir. Mən də yeganə nəvəm - Ayanı gələcəkdə yolumun davamçısı kimi görmək istəyirdim, amma o da hal-hazırda başqa sahədə təhsil alır. Ayanla bağlı çox arzularım var. Təəssüf ki, illər keçdikcə nəvəmin məndən yavaş-yavaş uzaqlaşdığını görürəm. Əlbəttə ki, nəvəm məni çox istəyir, bu, öz yerində. Sadəcə, texniki tərəqqi ilə bağlı məsələlərdə onunla ayaqlaşa bilmədiyim üçün bəzən söhbətlərimiz tutmur. İndiki cavanların əksəriyyəti bu cürdür. Onları yalnız bu həyat tərzi marağlandırır”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri