11 
Avq
2017
10:46
14
324
11047
Virtual karabakh

Məşhur aktyor illər sonra üzə çıxdı: Qızım xəstədir, ailəmi dolandıra bilmirəm – FOTO

11 Avq, 2017
10:46
11047

Məşhur aktyor illər sonra üzə çıxdı: Qızım xəstədir, ailəmi dolandıra bilmirəm – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Əməkdar artist Arzu Hüseynovun Milli.Az-a verdiyi müsahibəni təqdim edir.

- Arzu müəllim, uzun zamandır sizi nə efirdə, nə də film və seriallarda görürük. Bunun səbəbi xəstəliyinizlə bağlıdır?

- Mənim səhhətim normaldır, həkimə getmirəm, getsəm, min cür xəstəlik ortaya çıxar. Hal-hazırda işlə bağlı problemlərim var. Televiziya kanalları məni nə seriallara, nə də verilişlərə dəvət edirlər deyə, yaradıcılığımı davam etdirə və ailəmi yetərincə dolandıra bilmirəm.

O vaxt gözümə görə təqaüd ayırmışdılar, qızım da talassemiya xəstəsidir. Bundan əlavə, bir bacım da bizimlə yaşayır və o da təqaüd alır. Bir də Əməkdar artist fəxri adına görə pul alıram. O pullarla ailə necə dolansın?

- Bəs toylara getmirsiniz?

- Toya sonuncu dəfə təxminən 8 il əvvəl getmişəm. Toylar olanda maddi durumum nisbətən yaxşı idi. Demək olar ki, hal-hazırda şadlıq evlərindən təcrid olunmuşam. Məsələn, mən 30 manat istəyirəm, bu, onlara sərf etmir. Cavan uşaqlara 10 manat verirlər, gəlib işləyir. Mən ailəli adamam, bu məbləğdə ailəni dolandıra bilmərəm.

- Vaxtilə çörək kəsdiyiniz sənət dostlarınız sizi itirib-axtarır?

- Vaxtilə bir yerdə oturub-durduğumuz adamlar var. Elələri var seriala dəvət alırlar, orada durub demirlər ki, bəlkə, filankəsi də dəvət edək, onun da buna çox ehtiyacı var. Heç vaxt deməzlər.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri