11 
Avq
2017
16:06
177
18
2024
Virtual karabakh

Azərbaycanlı skripkaçı Londonda konsert verdi

11 Avq, 2017
16:06
2024

Azərbaycanlı skripkaçı Londonda konsert verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Londonda konsert verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, konsert şəhərin məşhur “St. James`s” kilsəsində keçirilib.

N.Rəşidova pianoçu Daniel Grimvudun müşayiəti ilə Jozef Yonqen və Pol Levisin əsərlərindən nümunələr səsləndirib.

Konsert zamanı N.Rəşidova Fransanın tanınmış skripkaçısı Emil Soğeyə mənsub olan, 1744-cü ildə hazırlanmış skripkada ifa etmək şərəfinə layiq görülüb.

Qeyd edək ki, Kral Musiqi Akademiyasının məzunu N.Rəşidova dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib, beynəlxalq müsabiqələrdə uğur qazanıb və bir sıra mükafatlar alıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri