14 
Avq
2017
11:57
13
172
5126
Virtual karabakh

Azərbaycanın tanınmış rəssamı vəfat etdi

14 Avq, 2017
11:57
5126

Azərbaycanın tanınmış rəssamı vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın tanınmış rəssamı Əsgər Əsgərov dünyasını dəyişib.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə rəssamın yaxınları bildiriblər.

Ə.Əsgərov 1948-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Bakı Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1975-1980-ci illərdə Azərbaycan Rəssamlıq Universitetində təhsil alıb. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1994-cü ildə isə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunub.

1973-cü ildə beynəlxalq və ümumrespublika sərgilərində, eləcə də, Azərbaycanda və xaricdə rəsm, qrafika, sulu boya, heykəltaraşlıq sərgilərində iştirak edib. Onun işləri ABŞ, Fransa, İngiltərə, Türkiyədə keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.

Ə.Əsgərov Bakı Rəssamlıq Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğul olub.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri