14 
Avq
2017
12:46
69
205
3330
Virtual karabakh

Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti oldu – FOTO

14 Avq, 2017
12:46
3330

Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Əməkdar artisti Ədalət Şükürovun solo konserti olub.

Mərkəzin parkında bu yay mövsümündə ənənəvi olaraq təşkil edilən istirahət proqramları çərçivəsində şəhər sakinləri və qonaqlar ötən bazar günü axşamı Ədalət Şükürovun repertuarından müxtəlif mahnıların sədaları altında dincəliblər.

Oxu.Az xəbər verir ki, iki saata yaxın davam edən konsert proqramında Ədalət Şükürov “Nə yaxşı ki, yanımdasan sən” yeni mahnısını da Mərkəzin parkında dincələnlərə təqdim edib. Müğənni konsertə toplaşan yüzlərlə tamaşaçı ilə həm də özünün ən böyük selfisini çəkdirib.

Beləliklə, isti yay günləri Mərkəzin parkında daha bir həftəsonu proqramı ilə başa çatıb.

Növbəti tədbirlər barədə məlumatları Mərkəzin “Facebook” və “Instagram”(@heydaraliyevcenter) səhifələrindən izləyə bilərsiniz.

Mərkəzin parkındakı həftəsonu tədbirlərinə giriş sərbəstdir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri