14 
Avq
2017
18:20
98
47
6678
Virtual karabakh

“Nazlı” Hindistana gedir - VİDEO

14 Avq, 2017
18:20
6678

“Nazlı” Hindistana gedir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan istehsalı olan “Nazlı” kinokomediyası beynəlxalq festivalda nümayiş olunacaq.

Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, film noyabr ayında Hindistanda keçiriləcək 48-ci “Goa” Beynəlxalq Film Festivalının seçim komitəsinə təqdim edilib.

Festivalın xüsusi nümayiş bölməsində filmin tamaşaçılara təqdim olunması planlaşdırılır.
Qeyd edək ki, "Cənnətfilm" və "Zaratustra" kino şirkətlərinin müştərək istehsalı olan "Nazlı" bədii filminin quruluşçu rejissoru Rəhman Rafiqoğlu, ssenari müəllifləri Rəhman Rafiqoğlu və Tural Fitatdır.

Ekran əsərinin süjet xəttinə əsasən, Nazlı (Xumar Səlimova) çox ağıllı və savadlı olmasına rəğmən, daha çox şıltaqlığa, dəbdəbəli yaşamağa, gecə klublarına, bahalı həyat tərzinə üstünlük verir.

Nazlının atası Şamil (Rasim Balayev) ağır təbiətli, yaşına hörmət edən, adət-ənənəyə sadiq olan, ciddi biznesmendir. O, qızının ailə həyatı qurması üçün əlindən gələni edir. Amma şərt qoyur: ya Nazlı ailə quracaq, ya da Şamil qızını var-dövlətindən məhrum edəcək. Bundan sonra Nazlının macəraları başlayır.

Filmdə baş rollarda Rasim Balayev, Arif Quliyev, Fuad Poladov, Xumar Səlimova, Ülvi Həsənli, Mehriban Xanlarova və digərləri çəkiliblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri