14 
Avq
2017
20:28
13
194
8921
Virtual karabakh

Azərbaycan mədəniyyətinə ağır itki üz verib

14 Avq, 2017
20:28
8921

Azərbaycan mədəniyyətinə ağır itki üz verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Mərdan Feyzullayev avqustun 13-də 58 yaşında vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında yerləşdirilib. 

Qeyd edək ki, M.Feyzullayev 1959-cu il fevral ayının 3-də Şəki şəhərinin Kiş kəndində anadan olub. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.

1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi yaradıcılıq yoluna qədəm qoyan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib.

M.Feyzullayev 1999-cu ildən Moskvada yaşayırdı. O, Moskva şəhərində fəaliyyət göstərən "Dərviş" Azərbaycan Teatrının direktoru və bədii rəhbəri idi.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri