16 
Avq
2017
16:43
72
95
3287
Virtual karabakh

V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək

16 Avq, 2017
16:43
3287

V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda növbəti, V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, festivalda 25 xarici ölkə komandası, Azərbaycanın 35-ə yaxın bölgəsi və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr, Ümumdünya Kulinariya Təşkilatının (WACS) prezidenti Tomas Quqler, Ümumdünya İslam Kulinariya Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali Trobolisinin iştirakı nəzərdə tutulur.

Respublikamızın mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədilə Qəbələ mürəbbə festivalında şirniyyatçılar tərəfindən fərqli mürəbbə çeşidləri hazırlanıb, rayona səfər edən yerli və xarici qonaqlar üçün nümayiş olunacaq.

Bildirək ki, artıq 5-ci dəfə keçiriləcək Qəbələ Mürəbbə Festivalında iştirak edən xarici ölkələrin nümayəndələrinin sayının ildən-ilə çoxalması ölkəmizin, o cümlədən Qəbələnin beynəlxalq nüfuzunun artmasına və turizmin inkişafına səbəb olur.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri