17 
Avq
2017
11:29
29
97
4301
Virtual karabakh

Keçmiş SSRİ-nin tanınmış aktrisası vəfat etdi

17 Avq, 2017
11:29
4301

Keçmiş SSRİ-nin tanınmış aktrisası vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçmiş SSRİ-nin və Rusiyanın tanınmış aktrisası Vera Qlaqoleva 61 yaşında ABŞ-da vəfat edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə onun rəfiqəsi, aktrisa Larisa Quzeyeva məlumat verib.

Rusiyanın Xalq artisti Vera Qlaqolevanın ölümünün səbəbi hələlik məlum deyil. O, 1956-cı il yanvarın 31-də Moskvada doğulub. İlk dəfə 1975-ci ildə “Dünyanın sonu” filmində rol alıb.

1985-ci ildə “Kapitana ərə get” filmindəki baş rola görə “Sovet ekranı” jurnalının “1986-cı ilin ən yaxşı aktrisası” adına layiq görülüb.

O, İvan Turgenevin eyniadlı pyesi əsasında 2014-cü ildə çəkilən “İki qadın” filmində sonuncu dəfə rol alıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri