17 
Avq
2017
19:00
87
21
2291
Virtual karabakh

Bakıda həvəskar rəssamın sərgisi açılıb

17 Avq, 2017
19:00
2291

Bakıda həvəskar rəssamın sərgisi açılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda həvəskar rəssam Nazim Həsənzadənin sənət əsərlərindən ibarət sərgi açılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Rəssamlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən sərgidə fırça ustasının 80-dək əsəri nümayiş olunur.

Sərginin açılışında Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar İncəsənət Xadimi Rafiq Kərimov çıxış edərək, rəssamın əsərlərinin əhəmiyyətindən danışıb. Rəssamın yaradıcılığını yüksək qiymətləndirən R.Kərimov ona sənət uğurları arzulayıb. Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi bir həftə davam edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri