18 
Avq
2017
14:13
13
57
3059
Virtual karabakh

“CinemaPlus”da “Killerin cangüdəni” filminin premyera öncəsi nümayişi keçirildi – VİDEO + FOTO

18 Avq, 2017
14:13
3059

“CinemaPlus”da “Killerin cangüdəni” filminin premyera öncəsi nümayişi keçirildi – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus 28 Mall” premium kinoteatrında şahidlərin mühafizəsi üzrə agent obrazında çəkilmiş Rayan Reynolds və muzdlu killer rolunu oynayan Samuel L.Ceksonun iştirakı ilə çəkilmiş  “Killerin cangüdəni” komediya döyüş filminin premyera öncəsi nümayişi keçirilib.

Oxu.Az xəbər verir ki, filmin rejissoru əvvəllər “Qarşısıalınmazlar 3” layihəsində işləmiş Patrik Xyuzdur. Ssenari müəllifi isə Tom O'Konnordur. Baş rolları Hollivud ulduzları – Samuel L.Cekson, Rayan Reynolds, Salma Hayek, Qari Oldman Kirsti Mitçell, Joakim di Almeyda, Coel Koissi və başqaları oynayıb.

Filmin qısa məzmunu: O, dünya miqyaslı cangüdəndir. Onun yeni vəzifəsi isə hər kəsin öldürmək niyyətində olduğu killeri qorumaqdır. Halbuki, özü belə bu əclafın başın üzməyə çoxdan hazırdır. Lakin işin tələbləri ayrıdır: keçmişin düşmənləri sağ qala bilmək üçün bir araya gəlməlidirlər. Lakin onların üsulları o qədər fərqli, hədəfləri isə o qədər əksdir ki, sağ qalmaq artıq sual altındadır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman xoş sürprizlər etməyə və kino dünyasının ən yaxşı premyeraları ilə sizi sevindirməyə hazırdır. 

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri