23 
Avq
2017
09:58
68
11
1475
Virtual karabakh

Azərbaycan filmləri beynəlxalq film festivalında

23 Avq, 2017
09:58
1475

Azərbaycan filmləri beynəlxalq film festivalında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” və Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmləri Türkiyənin Trabzon Beynəlxalq Film Festivalına dəvət alıblar. Filmlər festivalın beynəlxalq müsabiqə proqramında nümayiş olunacaq.

“Azərbaycanfilm” kinostudiyasından Oxu.Az-a verilən xəbərə görə, festival 26 avqustadək davam edəcək.

Festivalda filmlərimizi “Dərs” filminin quruluşçu rejissoru Rafiq Əliyev, gənc aktrisa Ayna Zərbəliyeva, “Qırmızı bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, aktyorlar Maqsud Məmmədov və Taleh Bədiyev təqdim edəcək.

Festivalda həmçinin gənc rejissor Fehruz Şəmiyev “Yol” filmi ilə iştirak edəcək.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri