Sen
2017
10:27
123
22
2054
Virtual karabakh

Azərbaycanlı cazmen Parisdə konsert verəcək

5 Sen, 2017
10:27
2054

Azərbaycanlı cazmen Parisdə konsert verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 17-də Paris Konqres Sarayında amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın konserti təşkil olunacaq.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, konsertin birinci hissəsində cazmen, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli solo proqramla çıxış edəcək.

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.

Xatırladaq ki, bu il Şahin Növrəsli Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri