Sen
2017
09:34
133
47
6907
Virtual karabakh

Xalq artisti Fidan Hacıyeva 41 yaşını qeyd edir – VİDEO + FOTO

7 Sen, 2017
09:34
6907

Xalq artisti Fidan Hacıyeva 41 yaşını qeyd edir – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Xalq artisti Fidan Hacıyevanın doğum günüdür. O, 7 sentyabr 1976-cı ildə doğulub.

Oxu.Az xəbər verir ki, F.Hacıyeva 1984-cü ildə Bülbül adına orta ixtisas Musiqi Məktəbinin fortepiano sinfinə daxil olub. Orada tam orta təhsilini bitirdikdən sonra 1994-cü ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Solo oxuma (vokal) fakültəsinə qəbul olunub. Professor Hüseyn Əliyevdən professional dərs alan ifaçı, 1998-ci ildə Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri alıb.

Peşəkar opera səhnəsinə ilk dəfə 1996-cı ildə, 19 yaşında, “Koroğlu operası”nda “Xanəndə qız” obrazı ilə gəlib.

Fidan Hacıyeva 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2000-ci ildə Türkiyədəki “Aspendos” antik teatrının səhnəsində açıq səma altında, 15 min tamaşaçı qarşısında çıxış edib. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqənin qalibidir.

2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb, 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının “Peşəkar vokal ifaçılarının müsabiqəsi”nin qalibidir.

2012-ci ildə İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrda təşkil edilmiş “Gran Gala” konsertində klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə “Sülhməramlı səfir” diplomu ilə təltif olunub.

2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Xalq artisti” adına laiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb. Azərbaycan opera səhnəsinin “Karmen”i adlandırılır.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri