Sen
2017
11:25
15
32
3528
Virtual karabakh

Fəxri “Oskar” mükafatının laureatları açıqlandı

7 Sen, 2017
11:25
3528

Fəxri “Oskar” mükafatının laureatları açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ kinoakademiyası fəxri “Oskar” mükafatının lauretlarının adlarını açıqlayıb. 

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, bu ilin laureatı “The Glass Shield” (1994) və “Namibia: The Struggle for Liberation” (2007) filmləri ilə tanınan rejissor Çarlz Bernett olub.

Mükafata həmçinin operator Ouen Royzman da layiq görülüb. O, “Absence of Malice” (1981), “The Addams Family” (1991), “French Kiss” (1995) kimi filmlər üzərində çalışıb.

Fəxri mükafata 160 filmdə rol almış aktyor Donald Sazerlend də layiq görüləcək. O, “Pride & Prejudice” (2005), “The Hunger Games”, “Fallen” (1998) filmlərində nümayiş etdirdiyi aktyor oyunu ilə rəğbət qazanıb.

Mükafatın dördüncü laureatı 40-dan artıq filmin müəllifi olmuş rejissor Anyes Vardadır. Onun ən yaxşı işləri arasında “Les plages d'Agnès” (2008) və “Le Bonheur” (2013) filmlərini qeyd etmək olar.

Xatırladaq ki, fəxri “Oskar” mükafatı 1948-ci ildə təsis edilib. Mükafat hansısa filmə və ya hansısa ildəki fəaliyyətinə görə verilmir. Bu mükafat kino sahəsində mühüm nailiyyətlərə, həmçinin illər ərzində kino sənətinə və Akademiyaya (Amerika Kino Sənəti Akademiyası) göstərilən xidmətlərə görə verilir.

Mükafatlandırma mərasimi 11 noyabrda, Los-Ancelesdə baş tutacaq.

E.C.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri