Sen
2017
16:17
186
28
1083
Virtual karabakh

Boris Qraçevski: Bakıda “Yeralaş”ın filialını açmağı planlaşdırırıq

“Mən heç vaxt Bakıda olmamışam və noyabr ayında baş tutacaq səfəri səbirsizliklə gözləyirəm”.

Oxu.Az xəbər verir ki, bunu Report-un Rusiya bürosuna açıqlamasında “Yeralaş” uşaq yumoristik kinojurnalının bədii rəhbəri Boris Qraçevski deyib.

“İlk dəfə Azərbaycana gedəcəm. Utanıram, xeyli ömür sürmüşəm, bütün SSRİ-ni gəzmişəm, amma Bakıda olmamışam. Buna görə də dedim ki, Allah xatirinə, məni Bakıya aparın, mənə çox maraqlıdır. Bakının köhnə və yeni şəkillərini görəndə şəhərin çox dəyişdiyi dərhal hiss olunur. Mütləq gənc həyat yoldaşımı da özümlə səfərə aparacağam. O da Bakı haqqında çox şey eşidib və səfəri səbirsizliklə gözləyir”, - B.Qraçevski bildirib.

O, qarşıdakı səfər, o cümlədən kastinqlərin keçirilməsi və istedadlı azərbaycanlı uşaqların axtarışı ilə bağlı bəzi təfərrüatları açıqlayıb.

“Bəzi kastinqlər mənə qədər ediləcək, sonra mənə göstəriləcək. Biz orada “Yeralaş”ın tam yeni buraxılışlarını göstərəcəyik. Azərbaycanlı uşaqlarla ünsiyyət qurmağı çox istəyirəm. Onlar bir tərəfdən bizdən çox uzaqdır, amma internet, televiziya məsafələri qısaldır. Məncə, onlar “Yeralaş”ın nə olduğunu başa düşürlər və onu izləyirlər. Onlarla görüşmək üçün səbirsizlənirəm”, - rusiyalı rejissor qeyd edib.

O həmçinin Bakıda “Yeralaş”ın filialını açmağı planlaşdırdığını bildirib.

“Biz müxtəlif ölkələrdə belə yaradıcı studiyalar təşkil edirik. Belə təcrübə var və artıq uşaqları çəkilişlərə necə hazırlamaqla bağlı müəyyən proqram da var. Hər şey istəkdən asılıdır”, - B.Qraçevski bildirib.

Qeyd edək ki, B.Qraçevski və “Yeralaş” jurnalının yaradıcı qrupunun Bakıya səfəri bu il noyabrın 17-18-də baş tutacaq.

A.S.
www.oxu.az

Digər Mədəniyyət xəbərləri