13 
Sen
2017
12:29
23
53
1606
Virtual karabakh

Britaniyanın məşhur tamaşa və film-sərgiləri “Park Cinema”da göstəriləcək – FOTO

13 Sen, 2017
12:29
1606

Britaniyanın məşhur tamaşa və film-sərgiləri “Park Cinema”da göstəriləcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 “Park Cinema Flame Towers”də ilk dəfə dünyada məhşur teatr tamaşaları böyük ekranda göstəriləcək. 

Oxu.Az xəbər verir ki, layihə çərçivəsində 13 sentyabrda “Amadeus” tamaşası izləyicilərə təqdim olunacaq. Axşam saat 19:00-da başlayacaq tamaşa antraklarla birlikdə 2 saat 30 dəqiqə davam edəcək.

Filmin sinopsisi isə belədir: Vyana - dünyanın musiqi paytaxtı. Saray bəstəkarı Antonio Salyeri Volfqanq Amadeus Motsartla - Vyananı fəth etməyə gəlmiş gənc dahi ilə tanış olur. Salyeri Motsartın bəstəkarlıq istedadı və ulduzluq ədaları ilə ovsunlayıb və onun əlində gənc bəstəkarı yüksəldə və ya onu tamamilə məhv edə biləcək hakimiyyət cəmləyib.

Piter Şefferin “Laurence Olivier” və “Tony” kimi bir çox mükafatları qazanmış məşhur pyesi ilk dəfə 1979-cu ildə Milli Teatrda təqdim olunub, sonradan isə rejissor Miloş Formanın filminin əsasını təşkil edib. Rejissor Maykl Lonqherstin yeni quruluşda təqdim etdiyi tamaşada canlı orkestr musiqisi səslənir.

“Park Cinema”da nümayiş oluncaq tamaşalar Britaniyada ən çox uğur qazanmış tamaşalardır. Yüksək keyfiyyətli çəkiliş tamaşaçılarda teatr zalında izləmə təəsüratı yaradacaq. Kameralar tamaşaçıların hər bir səhnəni ən yaxşı şəkildə izləyə biləcəkləri şəkildə yerləşdirilib. 

Bundan əlavə, “Park Cinema” kinoteatrlar şəbəkəsində artıq iki aydır uğurla həyata keçirilən sərgi filmlərinin də davam etdiriləcəyi təsdiqlənib. Belə ki, Van Qoq, Mikalenjelo, Leonardo kimi tanınmış rəssamların əsərlərini böyük ekranda göstərilməsi tamaşaçıların rəğbətinə səbəb olub və onların xahişi ilə “Park Cinema”da “Munk - 150”, “Rembrant”, “Matis”, “Mane: kətana həkk olunmuş həyat” və digər sərgi filmləri də nümayiş olunacaqdır. Daha ətraflı cədvəl ilə parkcinema.az saytında tanış ola bilərsiniz.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri