21 
Sen
2017
14:53
13
107
4347
Virtual karabakh

Tom Kruz təyyarəçilərin ölümündə ittiham olunur

21 Sen, 2017
14:53
4347

Tom Kruz təyyarəçilərin ölümündə ittiham olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli aktyor Tom Kruz  2015-ci ildə “American Made” adlı filmin çəkilişləri zamanı həlak olan təyyarəçilər - Alan Purvin ilə Karlos Berlin ölümündə ittiham olunur.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu, həlak olan təyyarəçilərin qohumları tərəfindən irəli sürülüb. Ailə üzvləri bildirib ki, T.Kruz filmin rejissorundan çəkiliş gününü uzatmağı tələb etdiyindən, təyyarəçilər daha gərgin şəraitdə uçuş həyata keçirməli olublar və nəticədə içərisində 3 nəfər təyyarəçinin olduğu təyyarə Kolumbiyada dağa çırpılıb. Onlardan ikisi həlak olub, biri isə ağır bədən xəsarəti alaraq, yerimə qabiliyyətini itirib.

Qeyd edək ki, Tom Kruz filmdə baş rolda təyyarəçi Barri Silin obrazını canlandırıb.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri