22 
Sen
2017
10:37
82
19
4635
Virtual karabakh

Pablo Eskobarın qardaşı “Netflix”dən 1 milyard dollar tələb edir

22 Sen, 2017
10:37
4635

Pablo Eskobarın qardaşı “Netflix”dən 1 milyard dollar tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Roberto Eskobar qardaşı Pablo Eskobarın obrazını “Narcos” serialında istifadə etdiyi üçün “Netflix” şirkətindən 1 milyard dollar tələb edir.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, Roberto Eskobarın sözlərinə görə, Eskobar ailəsinin və  Medelyin kartelinin bütün üzvlərinin adları yaratdığı “Escobar İnc” şirkətinə aiddir. “Netflix” şirkəti isə onlardan istifadə edərək, müəllif hüquqlarını pozub. O, bu məbləği almayacağı təqdirdə, serialı bağlatdıracağını söyləyib.

Xatırladaq ki, 2015-ci ildən yayımlanan “Narcos” serialı “Netflix” şirkətinə 18 milyard dollar gəlir gətirib.

E.C.
www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri