26 
Sen
2017
15:14
97
260
4436
Virtual karabakh

Arzu Əliyevanın filmi London Parlamentində nümayiş olunacaq

26 Sen, 2017
15:14
4436

Arzu Əliyevanın filmi London Parlamentində nümayiş olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondunun dəstəyi ilə ekranlaşdırılmış və Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi London Parlamentində nümayiş olunacaq.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, filmin nümayişi oktyabrın 17-də Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menziesin himayəsi və Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” şirkəti tərəfindən 2015-ci ildə çəkilmiş filmdə İkinci Dünya müharibəsində Azərbaycan xalqının rəşadəti, qələbənin təmin edilməsində Bakı neftinin strateji əhəmiyyəti barədə müfəssəl məlumat verilir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri