27 
Sen
2017
12:23
77
32
1879
Virtual karabakh

“Turizm həftəsi” davam edir – FOTO

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edib.

İdarədən Oxu.Az-a verilən məlumata görə, 29 sentyabra kimi davam edəcək “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə “Ümid Yeri” uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.

“Turizm həftəsi”nin ilk günləri uşaq sığınacağının sakinləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ekskursiyada olublar. Bələdçi qoruqlar haqqında uşaqlara ətraflı məlumat verib, onları maraqlandıran suallar cavablandırılıb. Onlar qoruqda olan eksponat və tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.

A.S.
www.oxu.az

Digər Mədəniyyət xəbərləri