28 
Sen
2017
15:29
39
173
18451
Virtual karabakh

Xalq artisti həyat yoldaşından danışdı: O bilir ki, Aygün Bayramova kimdir - VİDEO + FOTO

28 Sen, 2017
15:29
18451

Xalq artisti həyat yoldaşından danışdı: O bilir ki, Aygün Bayramova kimdir - VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin “Ömrün fəsilləri” verilişinin növbəti qonağı Xalq artisti, xanəndə Aygün Bayramova olub.

Oxu.Az xəbər verir ki, xanəndə əvvəlcə yeni ailə qurmasından danışıb.

“Sənət başqadır, ailə başqa. Seçim çox çətindir. Mən çox seçici adamam. İnsanı gərək ailə qurduğu insan başa düşsün. Birinci növbədə etibarını qazanmalısan. Bunlar şərtdir. İnsanın yarı olmalıdır. Heç vaxt düşünməmişəm ki, ailə xətir üçün qurulmalıdır”.

Daha sonra Xalq artisti gec ailə qurmasının səbəbini açıqlayıb: “Mütləq olmalıdır”,- deyə bir fikrim olmayıb. Demişəm ki, bəlkə, belə olmalıdır. Bu yazı yazıldı, bitdi. Yaxşı yazıydı. Allah nə zaman məsləhət bildi, mən də imza atdım. Bu gün çox xoşbəxtəm. İnsan ailə quracağı insanın kim olduğunu bilməlidir. O insan bildi ki, Aygün Bayramova kimdir. Ailə qurmaq istəyən insanlar olub. Amma o imzanı çəkməmişəm. İndi çəkdim”, - deyə A.Bayramova bildirib.

O,  həyat yoldaşından da söz açıb: “Musiqini çox sevir. Hamını da tanıyır. Çox mütaliə edir. Udu gözəl ifa etməyi bacarır. İnsani keyfiyyətləri də gözəldir. Ən əsası odur ki, o bilir ki, Aygün Bayramova kimdir”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri