Okt
2017
10:42
60
97
2704
Virtual karabakh

Azərbaycan Avropa rəqsləri üzrə Dünya çempionatında təmsil olunacaq - VİDEO + FOTO

4 Okt, 2017
10:42
2704

Azərbaycan Avropa rəqsləri üzrə Dünya çempionatında təmsil olunacaq - VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

28 oktyabrda Rusiyanın Kreml Sarayında Avropa rəqsləri üzrə peşəkarlar arasında “Dünya çempionatı – 2017” keçiriləcək. Çempionatın təşkilatçısı Rusiyanın Əməkdar incəsənət xadimi, Rusiya Rəqs Birliyinin prezidenti, “WDC”-in fəxri vitse-prezidenti Stanislav Popovdur.

Oxu.Az xəbər verir ki, Azərbaycanı müsabiqədə Eldar Cəfərov Anna Sajina təmsil edəcək.

E.Cəfərov və A.Sajina 2005-ci ildən birlikdə rəqs edirlər. Cütlük elə həmin il ölkə çempionatında iştirak edib və qalib olub. Bal rəqsləri, Latın Amerikası və 10 rəqs bölgüsü üzrə üçqat ölkə çempionudurlar.

Onlar 6 sentyabr 2008-ci ildə keçirilmiş “Eurovison” rəqs müsabiqəsində ölkəmizi təmsil ediblər.

 Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri