Okt
2017
10:51
37
14
2026
Virtual karabakh

Mədəniyyət evlərində kadr dəyişiklikləri edildi

4 Okt, 2017
10:51
2026

Mədəniyyət evlərində kadr dəyişiklikləri edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən, bir neçə mədəniyyət evlərinin rəhbərliyində yerdəyişmələr olub.

İdarədən Oxu.Az-a verilən məlumata görə, H.Abbasov adına Mədəniyyət Evinin direktoru Vüqar Elşad oğlu Ağayev işdən azad olunaraq, M.Ə.Sabir adına Balaxanı Qəsəbə Mədəniyyət Evinə, M.Ə.Sabir adına Balaxanı Qəsəbə Mədəniyyət Evinin direktoru Fazil Mütəllim oğlu Vəliyev isə M.Ə.Sabir adına Bülbülə Qəsəbə Mədəniyyət Evinə direktor vəzifələrinə təyin olunublar.

İdarənin digər əmrinə əsasən, M.Ə.Sabir adına Bülbülə Qəsəbə Mədəniyyət Evinin direktoru Cavid Sahib oğlu Məlikov tutduğu vəzifədən azad olunaraq, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini vəzifəsinə təyin edilib.

 A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri