Okt
2017
16:19
20
62
1702
Virtual karabakh

Ölkəmiz tələbələrin beynəlxalq mədəniyyət festivalında təmsil olundu - FOTO

4 Okt, 2017
16:19
1702

Ölkəmiz tələbələrin beynəlxalq mədəniyyət festivalında təmsil olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin Xalq Respublikasının nüfuzlu ali təhsil ocaqlarından olan Renmin Universitetinin yaradılmasının 80-ci ildönümü ilə əlaqədar beynəlxalq mədəniyyət festivalı keçirilib.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, universitetin şəhərciyində keçirilən festivalda müxtəlif ölkələri təmsil edən tələbələr milli pavilyonlar vasitəsilə öz mədəniyyətlərini tanıdıblar. Renmin Universitetində, habelə Pekinin digər ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr ölkəmizə aid pavilyonda Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə ölkəmizin zəngin mədəniyyətini nümayiş etdiriblər. Burada Azərbaycanın mədəniyyəti, təbiəti və reallıqlarını əks edən cəlbedici fotoşəkillər, kitab və jurnallar, musiqi alətləri, milli geyimlər, əl işləri, həmçinin ölkəmizin turizm imkanlarına dair vəsaitlər nümayiş olunub.

Tələbələrdən ibarət rəqs qrupu milli rəqslərimizi ifa edib, Azərbaycan pavilyonunu ziyarət edənlərə milli mətbəximizin təamları təqdim edilib.

Tədbirdə Çinin rəsmi şəxsləri, ölkənin Mədəniyyət və Təhsil nazirliklərinin nümayəndələri, həmçinin Çində fəaliyyət göstərən xarici dövlətlərin diplomatları iştirak ediblər.

 A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri