Okt
2017
10:10
7
50
2180
Virtual karabakh

Bakıda mədəniyyət müəssisələrində kadr dəyişiklikləri oldu

6 Okt, 2017
10:10
2180

Bakıda mədəniyyət müəssisələrində kadr dəyişiklikləri oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən, bir neçə mədəniyyət müəssisələrinin rəhbərliyində rotasiya qaydasında dəyişikliklər edilib.

İdarədən Oxu.Az-a bildirilib ki, Q.Abbasov adına Mədəniyyət Sarayının direktoru Məmməd Rza oğlu Rzayev tutduğu vəzifədən azad olunaraq, Şağan Qəsəbə Klubuna, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini Tofiq Ağarza oğlu Dadaşov isə H.Abbasov adına Mədəniyyət Evinə direktor vəzifələrinə təyin olunub.

İdarənin digər əmrinə əsasən, R.Aboyev adına Mədəniyyət və İstirahət Parkının direktoru Fikrət Zinun oğlu Urucəliyev tutduğu vəzifədən azad olunaraq, Q.Abbasov  adına Mədəniyyət Sarayının direktoru vəzifəsinə təyin edilib.

 A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri