Okt
2017
16:45
17
56
2420
Virtual karabakh

Rüstəm Kamalın “Güzgü günü” təqdim olundu – FOTO

9 Okt, 2017
16:45
2420

Rüstəm Kamalın “Güzgü günü” təqdim olundu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda ədəbiyyatşünas, esseist, Bakı Slavyan Universitetinin professoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Prezident təqaüdçüsü, “Qızıl kəlam” və “Əli bəy Hüseynzadə” mükafatı laureatı Rüstəm Kamalın kitabının təqdimat mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, “Güzgü günü” adlı kitabın redaktoru Azər Turan, rəyçiləri akademik Nizami Cəfərov, professor Məmməd Qocayevdir. Kitaba Rüstəm Kamalın 2015-2017-ci illərdə “Ədəbiyyat  qəzetində” çap olunmuş yazıları daxil edilib. Yeni, maraqlı baxış bucağı və bədii-ezoterik kontekst bu mətnləri bir araya gətirir, filoloji təhlili esse təxəyyülü ilə birləşdirir.

Kitaba ön sözü ədəbiyyatşünas alim Məti Osmanoğlu yazıb.

Təqdimat mərasimində şair, publisist Qəşəm Nəcəfzadə, tənqidçi İradə Musayeva, rəssam Qafar Sarıvəlli, ədəbiyyatşünas Məti Osmanoğlu, Bakı Dövlət Universitetinin tələbələri və digərləri iştirak edirdilər. 

Aytən Sadıqzadə
Foto: Ehtiram Jabi

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri