10 
Okt
2017
13:45
9
39
2468
Virtual karabakh

“Super Gün” - artıq IMAX-da!

10 Okt, 2017
13:45
2468

“Super Gün” - artıq IMAX-da!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Park Cinema” kinoteatrlar şəbəkəsində “IMAX-da Super Gün” aksiyasına start verilir.

Bu haqda Oxu.Az-a məlumatı kinoteatrın marketinq üzrə direktoru Musa Axundov verib.

Onun sözlərinə görə, izləyicilər tərəfindən sevilən “IMAX” zalında artıq kino həvəskarları daha sərfəli qiymətə film izləyə biləcəklər. Belə ki, hər həftənin çərşənbə günü “Super Gün” elan  olunur və gün ərzində bütün seanslara və formatlara vahid qiymət tətbiq olunacaq. Cəmi 6.90 AZN ödəməklə ölkənin ən böyük ekranında, güclü səs effektləri və real görüntü ilə film izləmək artıq əlçatandır.

“Kino sevərlər “IMAX” formatında film izlərkən real həyatdan tamamən ayrılır və kinonu hiss edir. Belə ki, 40% daha artıq görüntü verən geniş ekran və mükəmməl səs effektləri sayəsində tamamilə kinoya qərq olmaq mümkündür. “IMAX” fərqini görmək və hiss etmək istəyən kinomalar hər çərşənbə günü qonağımız ola bilərlər. Məhşur rejissor Kristofer Nolan demişkən, “IMAX – kinotexnologiyanın qızıl standartıdır, dünyada buna bənzər heçnə yoxdur””-, deyə Musa Axundov bildirib.

Qeyd edək ki, ölkəmizdə yeganə “IMAX” formatında zal “Park Cinema” kinoteatrlar şəbəkəsinə məxsusdur və Bakının yeni simvolu sayılan “Alov Qüllələri” kompleksində yerləşir. Burada kinosevərlər “IMAX” formatında əlavə, həmçinin 2D və 3D filmləri də sərfəli qiymətə izləyə bilərlər. İzləyicilərin rahatlığı üçün “Alov Qüllələri” kompleksində yerləşən hotelin avtomobil dayanacağında avtomobil saxlamaq tamamilə ödənişsizdir. Bundan əlavə, kinoteatra “Elmlər Akademiyası” metrostansiyasından 3 və 18 nömrəli avtobuslar da hərəkət edir.

Ünvan: Mehdi Hüseyn küçəsi 1A. Əlaqə telefonu: (012) 598 74 14.

“IMAX-da Super Gün” aksiyası haqqında daha ətraflı parkcinema.az saytında oxuya bilərsiniz: http://parkcinema.az/campaigns/view/19

 A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri