16 
Okt
2017
15:41
49
113
6151
Virtual karabakh

“CinemaPlus Gənclik Mall” kinoteatrında “Təhmin və Zaur” filminin premyerası keçiriləcək - VİDEO

16 Okt, 2017
15:41
6151

“CinemaPlus Gənclik Mall” kinoteatrında “Təhmin və Zaur” filminin premyerası keçiriləcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Premium kinoteatr “CinemaPlus Gənclik Mall”da 19 oktyabr, saat 19:00-da “Cinemazadeh” studiyasının istehsalı olan “Təhmin və Zaur” filminin premyerası keçiriləcək.

Kinoteatrdan Oxu.Az-a bildirilib ki, həmin gecənin qonaqları azərbaycanlı ulduz, aktyor, ifaçı,  rejissor, prodüser, bloqer, KİV nümayəndələri və televiziya aparıcıları olacaq.

Bildirilib ki, oktyabrın 19-dan etibarən tamaşaçıların ixtiyarına veriləcək ekran işi Bakı kinoteatrları ilə yanaşı, Gəncə və Naxçıvan kinoteatrlarında da yayımlanacaq.

Komediya janrında olan ekran işinin rejissoru Zaur Mirzəzadədir. Filmdə baş rolları Elcan Rəsulov, Fərda Xudaverdiyev və Kəmalə Piriyeva canlandırır.

Film haqqında qısa məlumat: Tənha qadınları aldaraq, dələduzluqla məşğul olan cavan oğlanın həyatında bir mələk peyda olur və ona yeddi gün ərzində evlənməyəcəyi təqdirdə öləcəyini deyir. Sağ qalmaq üçün hər yola əl atmağa hazır olan qəhrəmanımızın başına gözlənilməz və gülməli hadisələr gəlir.

Premyeraya bilet almaq istəyənlər “Cinema Plus”un rəsmi saytında (http://www.cinemaplus.az/az/films/t-hmin-v-zaur/ ) və eyni zamanda, “CinemaPlus Gənclik Mall” kinoteatrının kassalarından əldə edə bilərlər.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sizi sevindirməyə hazırdır. 

 A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri