22 
Okt
2017
23:30
143
20
5744
Virtual karabakh

Avropanın ən çox qazanan ulduzları

22 Okt, 2017
23:30
5744

Avropanın ən çox qazanan ulduzları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikanın “Forbes” jurnalı 2017-ci ildə Avropanın ən çox gəlir əldə edən ulduzlarının siyahısını açıqlayıb.

Oxu.Az xəbər verir ki, birinci yerdə britaniyalı yazıçı Coan Roulinq qərarlaşıb. O, il ərzində 95 milyon dollar qazanıb. İkinci yerin sahibi portuqaliyalı futbolçu Kriştianu Ronaldudur. Onun gəliri 93 milyon dollar təşkil edib. Üç və dördüncü pillələri britaniyalı ulduzlar – “Coldplay” musiqi qrupu (88 milyon dollar) və müğənni Adel (69 milyon dollar) bölüşürlər.

Tennisçi Rocer Federer siyahıda beçincidir. Onun illik qazancı 64 milyon dollar olub.

Növbəti pillələri 60 milyon dollar qazancla musiqiçi Elton Con və aşpaz Qordon Ramzi tutur. Musiqiçi Pol Makkartini 54 milyon dollar gəlirlə səkkizincidir.

Siyahını qolfçu Rori Makilroy və dicey Kelvin Harris tamamlayır.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri