19 
Okt
2017
12:48
50
22
4056
Virtual karabakh

“Geostorm” - “IMAX”-da ekslüziv press-nümayiş - VİDEO + FOTO

19 Okt, 2017
12:48
4056

“Geostorm” - “IMAX”-da ekslüziv press-nümayiş - VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 oktyabrda, premyeradan bir gün öncə “Park Cinema” kinoteatrının “IMAX” zalında “Geostorm” filminin eksklüziv nümayişi baş tutub. Tədbirdə tanınmış jurnalist, bloqer, rejissor və özəl şirkət nümayəndələri iştirak edib.

Oxu.Az xəbər verir ki, filmdə baş rolları Cerard Batler, Cim Störcess, Ebbi Korniş və Aleksandra Mariya Lara ifa edib. Filmin çəkilişlərinin son mərhələlərində prodüsser qismində Cerri Brukhaymer cəlb olunduqdan sonra filmin bir çox səhnələri yenidən çəkilib. Bəzi səhnələr isə  Luziana ştatında, Yeni Orleanda NASA-nın mərkəzində lentə alınıb.

Maraqlı faktlardan biri isə odur ki, layihə ilə öncədən “Paramount Pictures” məşğul olub, daha sonra isə bu iş “Warner Bros”a həvalə olunub.

Filmin qısa məzmunu belədir: Planetimizin düçar olduğu bir sıra təbii fəlakətlrədən sonra dünyanın aparıcı liderləri təbii fəlakətlərin qarşısını almaq üçün iqlimə nəzarət edəcək orbital peykin çoxşaxəli şəbəkəsini yaratmaq məqsədilə güclərini birləşdirir. Lakin nəyisə sıradan çıxır – Yerin müdafiəsi üçün qurulmuş sistem artıq onun üçün təhlükə doğurur. Geostorm Yer üzündən bütün canlıları silənə kimi real təhlükəni aşkar etmək üçün əsl mübarizəyə başlayır. 

Qeyd edək ki, film “Park Cinema” kinoteatrlar şəbəkəsinin geniş ekranlarında 20 oktyabr tarixindən etibarən nümayiş olunacaq. Biletlər parkcinema.az saytında və kinoteatrın kassalarında artıq satışdadır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri