19 
Okt
2017
13:32
30
38
1806
Virtual karabakh

“CinemaPlus Azərbaycan” kinoteatrında litvalı rejissorun premyerası baş tutdu - FOTO

19 Okt, 2017
13:32
1806

“CinemaPlus Azərbaycan” kinoteatrında litvalı rejissorun premyerası baş tutdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus Azərbaycan” premium kinoteatrında məşhur litvalı sənədli film rejissoru Audryus Stonis ilə görüş keçirilib. Həmçinin onun “Qadın və buzlaq” (“Woman and the Glacier”) filmi nümayiş olunub. Tədbir Azərbaycan Respublikası kinematoqrafçılar İttifaqının və Litva Respublikasının ölkəmizdəki səfirliynin birgə təşkilatçılığı ilə keçirilib. 

Oxu.Az xəbər verir ki, tədbirdə Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas, diplomatik missiyaların nümayəndələri, məşhur mədəniyyət və incəsənət xadimləri iştirak edib. Azərbaycan Respublikası kinematoqrafçılar İttifaqının sədri, SSR və Azərbaycan Dövlət mükafatı laureatıçısı, Xalq artisti Şəfiqə Məmmədova qonaqları salamlayıb və qeyd edib ki, Audryus Stonisin filmi ölkələr arasında növbəti mədəniyyət körpüsüdür.

Audryus Stonis isə film üzərində işdən danışıb və çoxsaylı sualları cavablandırıb.

Qeyd edək ki, “Qadın və buzlaq” filmi Qazaxıstanda çəkilib. “Qadın və buzlaq”  -  mütləq kinematoqrafik əsərdi, hansı ki, sənədli filmlərdə çox az rast gəlinir.

Audryus Stonis  - Avropada müasir bədii kinematoqrafın lideridir. Bu film qəribə adam, litvalı alim Auşr Revutayt haqqındadır, hansı ki, rejissor Tyan-Şan dağlarında 3500 metr hündürlükdə Tuyuksu buzlağında tapıb. 61 yaşlı qadın artıq 32 ildir bu buzlaqda yaşayır və bütün ömrünü elmə həsr edib. Bütün bu illəri o tənhalıq içində, yalnız pişik və it, taxta evdə, demək olar ki, hər zaman soyuq, çox sərt və ağır şəraitdə, havada aşağı miqdarlı oksigen ilə yaşayır. Buzlaqlardan birini adı Qazaxıstan Coğrafiya İnstitunun əfsanəvi alimin adını daşıyır.

Filmi üç ilə çəkiblər, yaradıcı heyət – rejissor, operator Audryus Kemejis və operatorun köməkçisi Tyan-Şan dağlarına hər biri iki həftə çəkən dörd ekspedisiya etməli olublar. Nəticədə sənədli şah əsəri alınıb, hansı ki, təkcə Auşr Revutaytın həyatından deyil, həm də möhtəşəm dağ təbiətini, buzlaqları, mağaraları, su və daş uçğunlarını göstərir. Rejissor tamaşaçı qarşısında öz qəhrəmanını açıb göstərmək istəyib, lakin onun fikrincə, o, yenə də dağlar kimi açılmamış və sirli qalıb.

Audryus Stonis 1966-ci il aprelin 28-də Vilnusda, Çeslovas Stonis və Regina Kazlauskayt aktyor ailəsində doğulub. Litva dövlət konservatoriyasının telerejissorluq fakultəsinin tələbəsi olub, Litva kinostudiyasında və Litva televiziyasında işləyib. Nyu-Yorkda təcrübə keçib, Danimarkada Avropa kinokollecində və Tokionun Vaseda universitetində sənədli film kursları tədris edib. Avropa kinoakademiyasının və Avropa sənədli yayım şəbəkəsinin üzvüdür. İyirmiyə yaxın beynəlxalq kinofestivalların mükafatlarına layiq görülüb.

“CinemaPlus” kinoteatrı hər zaman xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sizi sevindirməyə hazırdır. 

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri