19 
Okt
2017
19:28
65
77
2020
Virtual karabakh

Dneprdə Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsert təşkil olunub - FOTO

19 Okt, 2017
19:28
2020

Dneprdə Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsert təşkil olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 oktyabr 2017-ci il tarixdə Leonid Koqan adına Dnepr Filarmoniyasının böyük zalında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş klassik musiqidən ibarət konsert proqramı təşkil edilib. Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Dnepr Filarmoniyasının Akademik Simfonik Orkestri Q.Qarayev, F.Əmirov, V. Adıgözəlov, Q.Rzayev və Q.Xanməmmədovun əsərlərini səsləndiriblər.

Oxu.Az-ın məlumatına görə, xeyriyyə konsertinə təxminən bir həftə qalmış şəhərin kassalarında bütün biletlər satılıb. Dnepr sakinləri konsertə böyük maraq göstəriblər. Konsert proqramı tam anşlaq ilə keçirilib.

Tədbiri şəhər başçısının milli məsələlər üzrə məsləhətçisi Oleq Rostovçev giriş nitqi ilə açıb. Konsertin təşkilatçıları Ukraynada Müslim Maqomayev adına  “Ukraynada Azərbaycan Mədəniyyətinin İnkişafı” Beynəlxalq fondunun prezidenti Hafiz Aslanov və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Azərbaycanın müstəqillik tarixindən danışıblar və hər kəsi bu bayram münasibəti ilə təbrik ediblər.

Heyranlıq və kədər, ümidsizlik və məhəbbət - bütün bu hisslər konsert zamanı saat yarım vaxt ərzində yaşandı. Şəhriyar İmanovun virtuoz çıxışı, tarın səsi və artistin səmimiyyəti zalı bir an içində fəth etdi. Yelena Smoylovanın ifasında Q.Qarayevin romansları tamaşaçılar tərəfindən isti qarşılandı .Gənc xanəndə Rəvan İsmaylov Dnepr tamaşaçısı üçün yeni kəşf oldu. Onun səsi hər bir ürəyi musiqi ilə doldurdu. Bayram axşamının kulminasiyası isə V.Adıgöəlovun “Qarabağ Şikəstəsi”nin final oratoriyasının ifası oldu.

Tamaşaçılar ayaq üstə solistləri və dirijoru alqışlayaraq yaşanan emosiyalara görə təşəkkür ediblər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri