20 
Okt
2017
12:47
72
14
1876
Virtual karabakh

Azərbaycan rəssamlarının vahid informasiya bazası yaradılır

20 Okt, 2017
12:47
1876

Azərbaycan rəssamlarının vahid informasiya bazası yaradılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə oktyabrın 27-də Muzey Mərkəzində Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazasının və qalereyanın veb-saytının təqdimatı keçiriləcək.

Oxu.Az-ın Trend-ə istinadla məlumatına görə, Vahid İnformasiya Bazası qloballaşma dövrünün virtual məkanında milli təsviri sənət irsinin qorunması və təbliği məqsədilə yaradılıb. Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları tərəfindən yaradılan Azərbaycan dilində ilk e-resurs Azərbaycan təsviri sənət nümayəndələrinin bioqrafiya və sənət əsərlərinin bir mərkəzdə toplanması, istifadəsinin əlverişli olması, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasını təmin edir.

Rəsm Qalereyasının eyniadlı veb-saytının (www.azgallery.az) yaradılması ölkəmizdə bu sahədə baş verən mədəni hadisələri işıqlandırmaqla yanaşı, sənətsevərləri qalereyanın fəaliyyəti ilə də yaxından tanış etməyə imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəsm Qalereyası 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında, 1972-ci ildə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə, Mədəniyyət Nazirliyi tərəfindən yaradılıb. Nazirliyin vəsaiti hesabına son illərdə fonda yüksək bədii keyfiyyətə malik müasir təsviri və dekorativ sənət nümunələri toplanıb. Qalereya tərəfindən mütəmadi olaraq müxtəlif müəssisə və təşkilatlarda, regionlarda fəaliyyət göstərən dövlət rəsm qalereyalarında təşkil olunur. Dövlət Rəsm Qalereyasının fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10 mindən artıq nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub-saxlanılır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri