20 
Okt
2017
14:21
99
45
3579
Virtual karabakh

Zaur Darabzadə: Azərbaycan filmlərinin tamaşaçısı 10 dəfə artıb - VİDEO

20 Okt, 2017
14:21
3579

Zaur Darabzadə: Azərbaycan filmlərinin tamaşaçısı 10 dəfə artıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə aparıcı Murad Arifin təqdimatında “Lider” televiziyasında yayımlanan “Status” verilişinin qonağı olub.

Oxu.Az xəbər verir ki, verilişdə ölkəmizdə film həvəskarlarının daha çox hansı janrda filmlərə baxmasına dair müzakirələr gedib. Z.Darabzadənin sözlərinə görə, bu, komediya janrıdır və son illər çəkilən yerli filmlərdə də özünü göstərir. Z.Darabzadə  bildirib ki, əcnəbi həmkarlar, xarici film şirkətlərinin distribüterləri ilə danışdıqlaı zamanı onlar da qeyd edirlər ki, Azərbaycana satılan filmlər daha çox komediya janrında olan filmlərdir.

“Tamaşaçıların zövqünü biz idarə edə bilmərik, biz yalnız tamaşaçılara yüksək səviyyədə, maksimum dərəcədə rahatlıq yaradırıq. Yəni biz yalnız hazır istehsal olunan filmi alıb, nümayiş etdiririk”, – dəyə “CinemaPlus” kinoteatrlarının baş direktoru bildirib.   

Z.Darabzadə son illər çəkilən yerli filmlər haqqında da danışıb. Onun sözlərinə görə, son illər komediya  janrında çəkilən yerli filmlərin premyerasına gələn tamaşaçılar məşhur blokbaster filmlərin premyerasına gələnlərdən 10 dəfə çoxdur. Bu da, təbii ki, sevindirici haldır ki, yerli filmlərin keyfiyyəti, auditoriyası artıb və artan xətt üzrə inkişaf edir. Yerli filmlərin daha çox auditoriya toplamasının səbəbi də məhz çəkilən filmlərin əksəriyyətinin komediya janrında olmasıdır. Bu da ondan irəli gəlir ki, bu janrda olan filmlər daha çox kassa yığır və rejissorlar bu filmlərin çəkilməsinə üstünlük verirlər, digər janrlara isə risk etmirlər.

Xarici dövlətlərdə olan kinoteatr mədəniyyətindən danışan Zaur Darabzadə bildirib ki, qonşu dövlət olan Rusiyada da, sovet dönəmindən sonra məhz elə komediya janrında filmlər daha çox idi. Lakin illər keçdikcə, tamaşaçı zövqü dəyişməyə başlayıb, bir növ komediya janrından “doyublar”. Nəticədə rejissorlar digər janrlara da müraciət etməyə başlayıblar.  

Regionlardakı kinoteatrlardan söz açan Z. Darabzadə kinoteatrların tarixindən, mədəniyyətindən danışıb. Bildirib ki, bir neçə il öncə “CinemaPlus” kinoteatrlar şəbəkəsi Gəncə şəhərində də kinoteatr açıb və kino mədəniyyətinə öz töhfəsini verməyə başlayıb. O bildirib ki, sovet dövründə Gəncədə 8 kinoteatr olduğu halda, son 25 il müddətində 1 kinoteatr belə olmayıb və kinoteatr fəaliyyətə başlamazdan öncə Gəncədə kino mədəniyyətini araşdırıb, açmağa qərar verilib. İlk seansda isə əhali təmannasız olaraq “Əli və Nino” filmini izləməyə dəvət edilib.

Verilişdə filmlərin dublyaj probleminə toxunan Z.Darabzadə bu sahədə bir sıra addımlar atdıqlarını bildirib. Artıq bir müddətdir ki, tamaşaçıların istəyini nəzərə alaraq xarici filmlərin dublyaj olunaraq nümayişinə başlanıldığını, bunun üçün “Cinemazadeh” studiyasını yaratdıqlarını, bura peşəkar atyorların, məhşur sənət işçilərini dəvət etdiklərini vurğulayıb. Gələcəkdə isə “CinemaPlus” kinoteatrlar şəbəkəsi yerli filmlərin çəkilməsinə də dəstək olacağını qeyd edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri