21 
Okt
2017
09:35
91
18
3116
Virtual karabakh

Azərbaycan rəssamlarının əsərləri Luvr muzeyində – FOTO

21 Okt, 2017
09:35
3116

Azərbaycan rəssamlarının əsərləri Luvr muzeyində – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə keçirilən “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilib.

Oxu.Az xəbər verir ki, Parisdə Luvr muzeyinin Karusel salonunda baş tutmuş “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində Azərbaycanı Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli təmsil ediblər.

Toğrul Nərimanbəyov Assosiasiyasının prezidenti Əsmər Nərimanbəyova bu sərgidə nümayiş olunan əsərlərini Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, mənəvi dəyərlərindən ilham alaraq ərsəyə gətirdiyini bildirib. Rəssam deyib ki, məqsədi qədim və zəngin mədəniyyətimizi rənglər dünyasına çevirərək fransalılara təqdim etməkdir.

Azərbaycan rəssamlarının əsərlərində milli geyimlərimiz, milli musiqi alətlərimiz öz əksini tapıb və bu əsərlər milli elementlərlə zəngindir.

Builki sərgidə müxtəlif ölkələrdən gəlmiş 700 rəssam iştirak edir. “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi 22 oktyabr tarixinədək davam edəcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri