23 
Okt
2017
15:19
112
38
1841
Virtual karabakh

Belçikada “Əli və Nino” filminin təqdimatı keçirildi – FOTO

23 Okt, 2017
15:19
1841

Belçikada “Əli və Nino” filminin təqdimatı keçirildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qurban Səidin eyniadlı romanı əsasında çəkilən “Əli və Nino” bədii filminin 5-ci Vaterloo tarixi film festivalı çərçivəsində Vaterloonun “Wellington” kinoteatrında təqdimatı keçirilib.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycanın Belçikadakı Səfirliyindən APA-ya bildirilib ki, festival təşkilatçıları film haqqında tamaşaçılara ətraflı məlumat verib və ekran əsərinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, 80 il əvvəl yazılan “Əli və Nino” romanı əsasında çəkilmiş film Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin mehriban, yanaşı yaşadığını və ölkədəki tolerantlığı əks etdirir, eyni zamanda, dövrümüzün ən aktual məsələsi olan multikulturalizm, tolerantlıqla bağlı cəmiyyətlərə və insanlara vacib mesajlar ötürür.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov gələn il Azərbaycan Demokratik Respublikasının 100 illiyinin qeyd olunacağına diqqət çəkərək, bu filmdə ölkəmizdə hətta əksər Avropa ölkələrindən əvvəl bir sıra demokratik azadlıqların, o cümlədən qadınlara səsvermə hüququ verildiyinin aydın nümayiş etdirildiyini, Azərbaycanın ilk müstəqillik illərində baş vermiş hadisələrin açıq şəkildə ölkənin islami və Avropa dəyərlərinin unikal vahid məkanı olduğunu göstərdiyini və müasir Azərbaycanın ADR-in bu ənənələrini artıq qlobal səviyyədə inkişaf etdirməyə nail olmuş ölkə kimi tanındığını vurğulayıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri