23 
Apr
2014
18:15
23
4
2050
Virtual karabakh

“Kann-2014”-də Azərbaycanın izi – FOTO

67-ci Kann festivalının proqramı elan edilib.

Keçən həftə 14 may tarixində açılışı olacaq növbəti Kann kinofestivalının proqramı məlum oldu.

Oxu.Az lady.day.az-a istinadla xəbər verir ki, münsiflərə bu dəfə 1993-cü ildə “Pianino” filminə görə “Qızıl palma budağı”na layiq görülmüş yeni zelandiyalı rejissor Ceyn Kempion başçılıq edir. 

Müsabiqədə tanış simalar çoxdur: Jan-Lyuk Qodar (“Dilə vida”), Dardenn qardaşları (“İki gün, bir gecə”), Ken Louç (“Cimminin zalı”), Mayk Li (“Mister trener”), devid Kronenberq (“Ulduz xəritəsi”), Mişel Xazanaviçus (“Axtarış”),  Nuri Bilge Ceylan (“Qış yuxusu”) və Andrey Zvyaqinsev (“Leviafan”).

Azərbaycan Kannda qısametrajlı filmlə təmsil edilib. Qısametrajlı filmlər proqramında soyuducu ilə söhbət edən müharibə veteranı haqqında 15 dəqiqəlik fəlsəfi əhvalat “Sonuncu” iştirak edir. Azərbaycan-Rusiya kino məmulatı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib, quruluş rusiyalı rejissor Sergey Pikalovundur. “Sonuncu”da rolları İdris Rüstəmov və Corc Qafarov ifa ediblər.

Bu gün elan olunmuş paralel “Rejissorların iki həftəliyi”nə Azərbaycanın bir nümayəndəsi də daxil edilib. Vergilər Nazirliyinin dəstəyi ilə çəkilən Elmar İmanov və Engin Kundağın “Qopma” qısametrajlı filmi. Almaniyada yaşayan İmanov 2012-ci ildə “Tabutdüzəldənin yelləncəyi” dramına görə “Oskar”ı adlanan Amerika kinoakademiyasının mükafatını alıb.

Onun sonuncu əsəri Köln kinoməktəbindən kolleqası olan Engin Kundakla çəkilib. “Qopma”da Rasim Cəfərov, Mirmövsüm Mirzəzadə və Zülfiyyə Qurbanova çəkilib.

“Rejissorların iki həftəliyi” (fransız adı “Quinzaine des Réalisateurs”) Kann festivalının əsas seksiyalarından biridir, 1969-cu ildə fransız rejissorları tərəfindən təsis edilib. Yaradıldığı gündən “İkihəftəlik” müstəqilliyi ilə seçilir. Bura həm oyun həm də sənədli filmlər daxildir.

67-ci Kann festivalının açılış filmi fransız Olivye Daanın  “Monako şəhzadəsi” adlı bioqrafik melodrama olacaq, Qreys Kellinin rolunun Nikol Kidman ifa edir.

Festivalın rəsmi posterini Federiko Fellinin “Səkkiz yarım” (1963) klassik filmindən Marçello Mastoryanninin kadrı bəzəyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri