23 
Okt
2017
17:18
270
14
2494
Virtual karabakh

Ağasadıq Gəraybəylinin xatirə gecəsi təşkil ediləcək

23 Okt, 2017
17:18
2494

Ağasadıq Gəraybəylinin xatirə gecəsi təşkil ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyi münasibətilə oktyabrın 27-də Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində xatirə gecəsi keçiriləcək.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, tədbirdə onun mənalı ömür yolundan, yaratdığı təkrarsız obrazlardan, sənətkarlıq xüsusiyyətlərindən danışılacaq. Bununla yanaşı, böyük sənətkarın çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq. Həmçinin sənətkarın həyat və yaradıcıllığına həsr olunmuş fotosərgi də təşkil olunacaq.

Yubiley gecəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri