26 
May
2014
12:55
59
18
16997
Virtual karabakh

Azərbaycanlı aktrisa Türkiyədə filmə çəkilir – FOTO

26 May, 2014
12:55
16997

Azərbaycanlı aktrisa Türkiyədə filmə çəkilir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çəkilişinə 1 milyon 750 min lirə pul ayrılan filmdə aktrisa baş rolu canlandıracaq.

Türkiyədə yaşayan və bir çox türk filmlərində rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni filmə dəvət alıb.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, çəkilişinə 1 milyon 750 min lirə pul ayrılan “Son məktub” filmində baş rolda azərbaycanlı aktrisa Nəsrin Cavadzadə oynayacaq. 

Çanaqqalaya həsr edilən bu filmdə Nəsrin Cavadzadə tibb bacısı “Nihal” obrazını canlandıracaq.

Aktrisa filmdəki baş rolu ilə bağlı bunları deyib:

“Özümü tarixi bir filmdə sınamaq istədim. Filmdəki hadisələr 1915-ci ildə baş verdiyi üçün o dövrə aid araşdırmalar apararaq “Nihal” obrazını mənimsəməyə çalışıram”.

Qeyd edək ki, Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda anadan olub. 11 yaşı olanda ailəsi ilə birgə Türkiyəyə yerləşib.

Aktrisa “Güzel Günler Göreceğiz”, “Acı”, “Gitmek: Benim Marlon ve Brandom”, “Kuzu” və digər filmlərdə və seriallarda rol alıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri