13 
Okt
2018
13:50
5
6
1529
Virtual karabakh

“Xalq mahnıları festivalı”ndan möhtəşəm bağlanış

13 Okt, 2018
13:50
1529

“Xalq mahnıları festivalı”ndan möhtəşəm bağlanış

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk dəfə olaraq, Azərbaycan Milli Konservatoriyasında (AMK) “Mədəniyyət” kanalının layihəsi olan “Xalq mahnıları festivalı” keçirilib.

Oxu.Az xəbər verir ki, bu gün başa çatan festivalın ilk günündə Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Gülyanaq Gülyaz Məmmədovalar, Simarə İmanova, Zabit Nəbizadə, Əməkdar artistlər Babək Niftəliyev, Təyyar Bayramov, Ehtiram Hüseynov və başqaları çıxış ediblər.

Festivalın sonuncu günü isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasında Əməkdar artist Ramil Qasımovun və Niyazi adına Simfonik Orkestrin ifaları ilə sona yetib.

Bağlanış mərasimində “Küçələrə su səpmişəm”, “Bəri bax”, “Ay qız, getmə, amandı”, “Xumar oldum”, “Qaragilə”, “Laçın”, “Qalalı” kimi məşhur xalq mahnılarımız səsləndirilib.

Qeyd edək ki, festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçılar da çıxış edib. “Xalq Mahnıları Festivalı”nın tamaşaçıları trio və televiziyanın “Xatirə” ansamblının müşayiəti ilə mərhum və müasir bəstəkarların unudulmuş xalq mahnılarını dinləmək imkanı qazanıblar. Bu xalq mahnıları həm də Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun, Azərbaycan Xor Kapellasının ifasında səslənib. Festival çərçivəsində müasir caz, instrumental improvizasiyaları da səsləndirilib.

Onu da bildirək ki, festival “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib. 

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri