18 
Okt
2018
11:16
42
52
2230
Virtual karabakh

Teatrlaşdırılan əsərlərdə siqaretin qadağası aradan qaldırılır

18 Okt, 2018
11:16
2230

Teatrlaşdırılan əsərlərdə siqaretin qadağası aradan qaldırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tütün məlumatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla bağlı “Teatr və teatr fəaliyyəti haqda” və daha bir neçə qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihələri Milli Məclisin (MM) Mədəniyyət komitəsinin müzakirəsinə çıxarılır.

Oxu.Az-ın xəbərinə görə, qanun layihələri üçüncü oxunuşun müzakirəsinə çıxarılsa da, orada mübahisələrə səbəb olan məsələnin xüsusilə “Teatr və teatr fəaliyyəti haqqında” qanundan çıxarılması nəzərdə tutulur.

Belə ki, tütün məmulatlarınınn istifadənin məhdudlaşdırılması ilə bağlı qanunlara, o cümlədən, “Teatr və teatr fəaliyyəti haqqında” qanuna eyni mahiyyətli və uyğunlaşdırıcı dəyişiklik təklif olunurdu.

Ancaq bu məsələ hər iki oxunuşda ciddi müzakirə və etirazlara səbəb olmuşdu. Həm komitə iclaslarında, həm də plenar iclaslarda millət vəkilləri xüsusilə teatrlaşdırlan əsərlərdə - səhnələrdə siqaretin qadağasının əleyhinə çıxmış və bunun yaradıcılıq azadlığına zidd olduğunu bildirmişdilər.

Bu məsələni ilk dəfə adıçəkilən komitənin sədr müavini, professor Jalə Əliyeva qaldırmış və qeyd etmişdi ki, dəyişikliyin fəlsəfəsini heç cür anlamaq olmur. Bundan sonra millət vəkillərindən Elmira Axundova, Araz Əlizadə və komitə sədri Rafael Hüseynov millət vəkilinin mövqeyini dəstəkləmişdilər.

Odur ki, həmin uyğunlaşdırıcı dəyişikliyin teatrla bağlı qanuna aid edilməməsi qərara alınıb.

Millət vəkillərinin müzakirəsindən sonra qanun layihəsinin (layihələrinin) plenar iclasa tövsiyəsi gözlənilir.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri