19 
Okt
2018
12:51
50
65
3493
Virtual karabakh

Uşaq estrada sənəti bölməsinə (UESS) qəbul başladı - FOTO

19 Okt, 2018
12:51
3493

Uşaq estrada sənəti bölməsinə (UESS) qəbul başladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tərkibində uşaq estrada sənəti bölməsinə 2018/2019-cu tədris ili üçün qəbul başlanıb.

Qeyd edək ki,  UESS Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk və hələlik yeganə ekstremal layihədir. 

Seçimdə 5 yaşından 17 yaşınadək uşaqlar iştirak edə bilər. 

Dərslər iki saat olmaqla, həftədə üç dəfə peşəkar müəllimlər tərəfindən keçiriləcək. 

Uşaq estrada sənəti sinfinə daxil olmaq üçün tələb olunur:

- 2 ədəd şəkil (3x4)
- tibbi arayış
- yaşayış yerindən arayış
- doğum haqqında şəhadətnamənin sürəti
- şəxsiyyəti təsdiq edən sənədin sürəti

Daha ətrafı məlumatı buradan almaq mümkündür. 

Tel.: 050 233 04 54

Elektron poçt ünvanı: [email protected]

Ünvan: Heydər Əliyev pr. 67

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri