25 
Okt
2018
12:18
15
8
1848
Virtual karabakh

On səkkiz il sonra Tahir Əkbərin mahnısını oxudu - VİDEO

25 Okt, 2018
12:18
1848

On səkkiz il sonra Tahir Əkbərin mahnısını oxudu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Əlikram Bayramov yeni klip və mahnısını təqdim edib.

Oxu.Az xəbər verir ki, sözləri Hüseyn Arifə, musiqisi mərhum bəstəkar Tahir Əkbərə aid olan bəstə “Bu dünyanı sevək” adlanır.

Rejissor Natiq Novruzovun ərsəyə gətirdiyi ekran işi Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələrinə təqdim olunub.

Yeniliyi haqda danışan ifaçı bunları deyib: 

“Mahnı təbiət mövzusundadır və bütün dünyanı təbiəti qorumağa çalışır. Mahnı illər öncə mənə təqdim olunanda da bəstəkar “Biz təbiəti itiririk” sözlərini demişdi”. 

Mərhum bəstəkar Tahir Əkbərin həyat yoldaşı da təqdimatda iştirak edib. O, mahnının illər öncə yazıldığını bildirib: 

“Tahir müəllim öz sözünü üç notla deyə bilən bəstəkarlardan idi. Bu əsərin 15, ya 18 illik ömrü var. Çünki bu mahnı Əlikram bəyə təqdim olunanda qızımız çox balaca idi. Həmin vaxt Əlikram Bayramova dörd mahnı verilmişdi. Tahir bəyin çox gözəl duyumu var idi. Buna görə də o, Əlikram bəyə inandı”.  

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri