Noy
2018
18:33
29
158
4384
Virtual karabakh

“Bohem rapsodiyası” “CinemaPlus”da - FOTO

2 Noy, 2018
18:33
4384

“Bohem rapsodiyası” “CinemaPlus”da - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Dolby Atmos formatında əfsanəvi ifaçı Freddi Merkyuriyə həsr olunmuş bioqrafik dram filmi “Bohem rapsodiyası”nın premyeradan öncə nümayişi baş tutub.

Nümayişin əsas özəlliyi elektron gitara ilə fotosessiya və qeyri-adi şou proqram olub. Azərbaycan Dövlət Rus Dram teatrının Əməkdar artisti Maqsud Məmmədovun Freddi Merkyuri obrazı tədbir qonaqlarında xoş nostalji emosiyalar yaradıblar. Daha sonra isə Emin Useynovun rəhbərliyi altında “NERO” şou baletinin gözlənilməz fleşmobu keçirilib. 

Şou proqram “Queen” qrupunun əfsanəvi və məşhur musiqilərinin Elvin Novruzov (L`veen), Vlada Axundova, Tofiq Hacıyev, Ruslan Əlişan kimi gənc istedadlı müğənnilər tərəfindən canlı ifası sona ilə çatmışdır.

Şou-biznes ulduzları, məşhur jurnalistlər, bloqerlər və iri qurumların rəhbərləri gecədə kinoteatrın qonaqları olublar.  

“Bohem rapsodiyası” - əfsanəvi müğənni Freddi Merkyuri obrazını canlandıran “Mister Robot” serialının ulduzu Rami Malekin iştirakı ilə “Queen” rok-qrupunun tarixi haqqında bəhs edən ABŞ və Böyük Britaniya istehsalı olan bioqrafik dram filmidir. 

Filmin quruluşu ilə öncədən Brayan Sinqer (“İks Adamlar” franşizəsi) məşğul idi, lakin çəkilişlər zamanı o, sağlamlığında yaranmış problemlərə görə layihəni tərk edib və  onun yerinə Dekster Fletçer  (“Eddi “Qartal””, Vəhşi Bill”) gəlib.

Baş rollarda: Rami Malek, Lyusi Boynton, Cozef Matssello, Mayk Mayers, Ben Hardi, Eydan Qillen, Qvilim Li, Tom Hollander, Allen Liç və Cess Radomskaya çəkilib.
 
Film “Queen” qrupunun, onların musiqisinin və planetin ən sevimli ifaçılarından biri olmaq üçün steriotiplərə sinə gərən görkəmli vokalist Freddi Merkyuriyə həsr edilib. 

Film, qrupun kult olan mahnıları və inqilabi səsləri sayəsindən uğura aparan başgicəlləndirici yolu, Merkyurinin həyat obrazı idarəetmədən çıxdıqdan sonra kollektivin dağılmasını və rok-musiqi tarixində ən möhtəşəm çıxışlardan hesab olunan “Live Aid” konserti ərəfəsində onların zəfərli birləşməsini əks etdirir.      

Tədbirin təşkilində dəstəyi NERO DANCE CENTER və “Azeri Express” kuryer xidməti göstəriblər.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri