Noy
2018
14:00
48
408
19031
Virtual karabakh

Azərbaycan Moda Həftəsində açıq-saçıq və cəsarətli geyimlər - FOTO

3 Noy, 2018
14:00
19031

Azərbaycan Moda Həftəsində açıq-saçıq və cəsarətli geyimlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Muzey Mərkəzində “Azerbaijan Fashion Week” – ölkənin rəsmi moda həftəsinin 8-ci mövsümünün ikinci günü keçirilib.

Oxu.Az xəbər verir ki, gecədə Qazaxıstanın uşaq paltarları markası “A.Sain”in nümayişi olub.

Yeniyetmə modellər peşəkarlıqda yaşca daha böyük həmkarlarından geri qalmayaraq, müxtəlif dolğun rəngli əlavələrlə bəzədilmiş, əsasən, denim parçadan istifadə edilmiş parlaq kolleksiya nümayiş etdiriblər.

Növbəti nümayiş bir anda iki markanın əməkdaşlığının nəticəsi kimi ortaya çıxıb.

“Elian Couture” və “S.Abdul collection”un kolleksiyasını təqdim edən açıq geyimli modellər podiumda addımlayaraq, selfi çəkdiriblər və şəxsi “Instagram” hesablarından canlı efirə çıxıblar. 

Polis uniforması, xüsusilə də kristallar və metal zəncirlərlə bəzədilmiş baş geyimləri və paqonlar maraqlı formada təqdim olunub.

Daha sonra Azərbaycan markası olan “Le Veine”nin dizayneri Fidan Zeynallının pastel çalarlarına üstünlük verdiyi kolleksiya, “Noora” brendinin banisi – Nura Allahverdiyeva postsənaye apokalipsisi stilində olan kolleksiyası, Ayşən Həbibovanın parlaq və yarımşəffaf parçaların fərqliliyi üzərində qurulmuş kolleksiyası, son olaraq isə qazaxıstanlı dizayner Aya Bapani tərəfindən Orta Asiya atmosferi ilə dolub-daşan kolleksiyası nümayiş etdirilib.

Qeyd edək ki, Moda Həftəsi bu gün yekunlaşacaq.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri