Noy
2018
18:28
173
29
2962
Virtual karabakh

Azərbaycanlı milli alətlərə ikinci həyat verir - VİDEO

7 Noy, 2018
18:28
2962

Azərbaycanlı milli alətlərə ikinci həyat verir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli musiqi alətləri azərbaycanlı mühəndisin əllərində ikinci həyata qovuşurlar. 

Oxu.Az xəbər verir ki, Türkiyənin “İhlas” agentliyi 68 yaşlı Məmmədəli Məmmədov haqqında süjet hazırlayıb.

Məmmədəli Məmmədov Azərbaycan milli konservatoriyasının bazasında “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəridir və 20 ildən artıqdır ki, öz emalatxanasında qədim musiqi alətlərini modernləşdirərək, onlara gözəllik və ahəngdarlıq verir. 

“Mən ömrümü Azərbaycan musiqi alətlərinin inkişafına sərf etmişəm. İlk dəfə musiqi ilə maraqlananda səkkiz yaşım vardı, ancaq ailəm buna qarşı çıxdı. Pambıq sahəsində çalışaraq, özümün ilk alətimə sahib oldum.

Mən ailəmin istəyi ilə mühəndis oldum və bu, mənə gələcəyimi qurmaqda kömək etdi. Alətlərə ikinci həyatı bəxş etmək mənim hobbimdir. Özümdən sonra Azərbaycan musiqi alətləri tarixində iz qoyacağıma görə sevinirəm. Ümumilikdə 100-ə yaxın işim var. Əsas məqsədim alətlərin hər birinin sadə və gözəl səslənməsidir”, - azərbaycanlı mühəndis deyib. 


Rəhman Cəfərov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri